“Qəbələ”nin yeni baş məşqçisi bəlli oldu
24.09.2012 - 23:00
“Qəbələ”nin yeni baş məşqçisi bəlli oldu
Premyer Liqanın VI turunda öz meydanında “Rəvan”a uduzduqdan sonra türkiyəli mütəxəssis Fatih Kavlakı istefaya göndərən “Qəbələ” klubu baş məşqçi problemini həll edib. Apasport.az saytının xəbərinə görə, şimal təmsilçisini yerli mütəxəssis çalışdıracaq.

Belə ki, yeni təyinatınadək komandada idman direktoru vəzifəsində çalışan Ramiz Məmmədov yenidən baş məşqçi təyin edilib.