Mahmud Qurbanov: Heç-heçə ədalətli nəticə olardı
24.09.2012 - 22:33
Mahmud Qurbanov: Heç-heçə ədalətli nəticə olardı
"Futbolçularım bu gün qələbə qazanmaq üçün çox istəkli idi. Oyunun heç-heçə başa çatması ədalətli nəticə olardı". Apasport.az saytının məlumatına görə, bu sözləri "Kəpəz" klubunun baş məşqçisi Mahmud Qurbanov "Simurq"la oyundan (1:2) sonra deyib.

Qurbanov meydana əsasən gənc futbolçularla çıxdığını bildirib: "Əsasən gənc futbolçularla meydana çıxmışdıq. "Simurq"a gələcək oyunlarda uğurlar arzu edirəm".