Çəkisindən şikayətlənən ulduz
24.09.2012 - 23:25
Çəkisindən şikayətlənən ulduz
Məşhur braziliyalı futbolçu Ronaldo öz çəkisindən şikayətlənib. Apasport.az saytının xəbərinə görə, veteran futbolçu arıqlamaq üçün Braziliyada keçirilən realiti şouların birinə qatılıb.

Bu barədə Ronaldo özü danışıb: "Bir az çəki problemim var. Bu, mənim üçün böyük bir şeydi. Bugünə qədər bütün problemlərimi həll etmişəm və inanıram ki, bunun da öhdəsindən gələcəm".