Oyun da təxirə salındı, futbolçunun toyu da
25.09.2012 - 08:19
Oyun da təxirə salındı, futbolçunun toyu da
İspaniyanın “Real” klubunun futbolçusu Maykl Essyen xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, qanalı futbolçu toyunu təxirə salmalı olub.

Buna İspaniya Primerasının “Rayo Vallekano” – “Real” qarşılaşmasının sentyabrın 23-də baş tutmaması səbəb olub. Oyunun ertəsi günü toyunu İngiltərənin Uebric şəhərində keçirməli olan Essyenin arzusu gözündə qalıb.

Belə ki, çempionat oyunu nəzərdə tutulduğundan 1 gün sonra, toy günü baş tutub. Bu üzdən futbolçu ailə qurmaq məsələsini təxirə salıb.