Kapellonun Azərbaycanla oyuna heyəti açıqlayacağı tarix müəyyənləşdi
25.09.2012 - 09:01
Rusiya yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Azərbaycan milli komandası ilə oyunlara heyəti açıqlayacağı vaxt müəyyənləşib. Apasport.az saytının məlumatına görə, rəqibin italiyalı baş məşqçisi Fabio Kapello sentyabrın 12-də və 16-da Moskvada keçiriləcək matçlara son heyəti oktyabrın 1-də açıqlayacaq.
Bu günlərdə isə genişlənmiş heyət elan olunacaq ki, orada “Zenit”in əvəzedici komandasına göndərilən İqor Denisovla Aleksandr Kerjakovun düşəcəyi dəqiqdir. Ancaq son heyət açıqlanana kimi Rusiya Premyer Liqasında X tur olacaq ki, klub rəhbərliyi ilə problemləri olan bu futbolçular həmin vaxt oynamazsa, yığmada çıxış etmək işlərini çətinləşdirəcəklər.

0
0