Braziliya üçün qrupda qalmaq təhlükəsi
25.09.2012 - 09:26
17 yaşadək qızlar arasında dünya çempionatında II turun oyunlarına sabah yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun 2-ci günündə 4 qarşılaşma baş tutacaq.
Bütün oyunların Bakıda keçirildiyi gündə C və D qruplarında matçlar baş tutacaq. Birincilər 8-ci km qəsəbə stadionunda, sonuncular isə “Bayıl Arena”da münasibətlərini ayırd edəcək.
Hər 2 qrupda 1/4 finalçıların da, qrupda qalanların bəzilərinin da adları dəqiqləşə bilər. C qrupunda ilk matçında qalib gələn Meksika və Yaponiya yığmaları qələbə qazanmaqla son turu formallığa çevirə bilər. Özü də Yaponiya artıq 1 dəfə mundilda 6:0 hesabı ilə məğlub etdiyi Yeni Zelandiya ilə görüşəcək. Okeaniya təmsilçisi, həmçinin Braziliya 2-ci məğlubiyyətini almaqla 1/4 final arzusunun üstündən xətt çəkə bilər.
D qrupunda isə ilk turu qələbə ilə başa vuranlar Almaniya və Çin üz-üzə gələcək. Bu matçda qalib gələn digər oyunun nəticəsindən asılı olaraq pley-offa yüksələcək. Uruqvay – Qana görüşündə uduzan isə qrupda qala bilər. Bunun üçün digər oyunun nəticəsi də həlledici olacaq.
17 yaşadək qızlar arasında dünya çempionatı
II tur
26 sentyabr
C qrupu
17:00. Meksika – Braziliya
Baş hakim: Katerina Monzul (Ukrayna)
Bakı. 8-ci km qəsəbə stadionu
20:00. Yeni Zelandiya – Yaponiya
Baş hakim: Kardella Samuels (yamayka)
Bakı. 8-ci km qəsəbə stadionu
D qrupu
17:00. Uruqvay – Qana
Baş hakim: Ri Hyanq Ok (KXDR)
Bakı. “Bayıl Arena” stadionu
20:00. Çin - Almaniya
Baş hakim: Aissata Amegi (Toqo)

0
0