Dünya çempionatının ən gənc futbolçusu
25.09.2012 - 10:36
Dünya çempionatının ən gənc futbolçusu
17 yaşadək futbolçulardan ibarət Qambiya milli komandasının futbolçusu Sani Sissohore dünya çempionatları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanda keçirilən dünya çempionatının iştirakçısı komandasının KXDR yığmasına 0:11 hesabı ilə uduzduğu görüşdə rekorda imza atıb.

Belə ki, afrikalı həmin oyuna çıxanda 13 yaş 267 günlük idi. Bu isə dünya çempionatları tarixində ən aşağı yaşdır. Sani bununla da mundialların ən gənc futbolçusu olub. 1998-ci il dekabrın 30-da anadan olan futbolçu koreyalılarla qarşılaşmanın 65-ci dəqiqəsində meydana çıxıb.