“İndiki çempionat əvvəlkilərdən daha gərgindir” - MÜSAHİBƏ
25.09.2012 - 11:11
AZAL klubunun qapıçısı Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi
- Premyer Liqanın VI turunun “İnter”lə oyunu haqda nə deyə bilərsiz?
- Gərgin qarşılaşma izlədik. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Məncə, heç-heçə oyuna görə oldu. Düzdür, həm bizim, həm də “İnter”in qol vurmaq üçün şansları var idi.
- Meydan amili nə dərəcədə rol oynadı?
- Meydan amilinin rolu danılmazdır. Bizim üçün lap çətin oldu. Çünki ev oyunlarımızı keçirdiyimiz “AZAL-Arena”nın qazonu tam fərqlidir. “İnter” də süni meydanda çıxış edir. Lakin bizdən fərqli, onlar təbii örtükdə məşq etməyə imkan tapdılar. Bizim belə bir fürsətimiz olmadı. Pis oynamadığımızı da qeyd etməliyəm.
- Arxada qalan 5 turda AZAL istədiyi xalları toplaya bilibmi?
- Bəziləri düşünə bilər ki, biz istədiyimiz xalları toplamışıq. Amma elə deyil. Oyunları ayrı-ayrılıqda təhlil etdikdə xallar itirdiyimiz qarşılaşmalar var. Məsələn, ilk turda “Sumqayıt”la görüşdə heç-heçə etdik. Sadəcə, yığdığımız xallar ilk “altılıq” uğrunda mübarizə aparmağımıza imkan verir.
- Yayda heyətdə çoxsaylı dəyişiklər oldu. Yenilər tam uyğunlaşa bilibmi?
- Bunu demək çətindir. Çünki ağır oyunlarımız qabaqdadır. “Qarabağ” üzərində qazandığımız 6:2 hesablı qələbə nəticədir, oyun yox. “Neftçi”, “Xəzər Lənkəran” kimi rəqiblərlə çətin oyunlarımız var. Birinci dövrənin sonuna yaxın demək olar ki, onlar komandaya uyğunlaşıblar, ya yox.
- Vaqif Sadıqovun gəlişindən sonra AZAL-da çox dəyişiklik edilib?
- Oyun baxımından kifayət qədər dəyişiklik edilib. Taktiki, texniki baxımdan yenilik var. Onun istədiyi futbolu oynamağa çalışırıq.
- “Qarabağ”la oyundan sonra əksəriyyət Nildonun çıxışını qabardır. Necə düşünürsüz, braziliyalı hücumçu həddindən artıq şişirdilmir ki?
- Nəticələr hələlik arxayın olmağa əsas vermir. Nildo son oyun istisna olmaqla, qalan 4 matçda vacib qollar vurdu. Qol duyumu yüksəkdir. Onun çıxışını 4-5 oyundan sonra qiymətləndirə bilərik. Amma komanda Nildoya inanır.
- Baş məşqçi Vaqif Sadıqov qapıda tez-tez dəyişiklik edir. Bu nə ilə bağlıdır?
- Bu, onun fikridir. Hər oyuna fərqli yanaşır. Tək qapıda deyil, heyətdə də dəyişiklik edir. Hörmətlə yanaşmalıyıq. Gərginlik ola bilər, bunsuz mümkün deyil.
- Premyer Liqa haqda ümumi fikriniz necədir?
- İndiki çempionat əvvəlkilərdən daha gərgindir. Hər cür nəticə qeydə alınır. Açıq-aşkar autsayder və favorit yoxdur. Hamının imkanı var. Gərək oyunlara köklənəsən. Cari mövsümün üstünlüyü budur. Amma oyun planında elə də ciddi fərq yoxdur.

0
0