“Komandam bu gün Azərbaycan yığmasına qalib gələcək”
25.09.2012 - 12:15
“Komandam bu gün Azərbaycan yığmasına qalib gələcək”
“Bilirəm ki, komandam bu gün Azərbaycan yığmasına qalib gələcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Nigeriya millisinin baş məşqçisi Peter Dedevbo deyib.

O, ölkəmizdə keçirilən dünya çempionatının bu gün Azərbaycan yığması ilə baş tutacaq qarşılaşması haqda fikirlərini açıqlayıb: “Rəqibə daha çox qol vurmalı olduqlarını deməklə, hər hansı təzyiq altında saxlamaq istəmirəm. Lakin istənilən hesabla qalib gələcəyimizə əminəm. Özü də bilirəm ki, inamlı qələbə qazanacağıq”.