“Qəbələ”nin baş meneceri Fatih Kavlakın istefasından danışdı
25.09.2012 - 12:37
“Fatih Kavlakın baş məşqçi postundan gedişi ilə bağlı qərar qarşılıqlı razılıqla oldu. Onun yerinə bu vəzifəyə təyin olunan Ramiz Məmmədov artıq işinə başlayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Cari mövsümdə çempionluğu qarşısına məqsəd qoyan qəbələlilər son 2 turda xal qazana bilməyərək, autsayderlər sırasında olan “Kəpəz”lə “Rəvan”a uduzub. Sonuncuya evdə məğlubiyyət baş məşqçi dəyişikliyinin reallaşmağı, türkiyəli Fatih Kavlakın klubda idman direktoru olan Ramiz Məmmədovla əvəzlənməyi ilə nəticələnib.
Əzizovun sözlərinə görə, komandanın indiki vəziyyətində bu qərar labüd idi: “Futbolda komandanın ardıcıl belə məğlubiyyətləri var. Bildiyiniz kimi, Ramiz müəllim vaxtilə baş məşqçimiz olub, indi də klubda başqa postda fəaliyyət göstərirdi. Artıq bu həftə çempionatda növbəti oyunumuz var. Qısa müddətdə başqa mütəxəssisin namizədliyini nəzərdən keçirməyərək, komandanı tanıyan bir məşqçiyə üstünlük verməyi daha məqsədəuyğun saydıq. Məmmədovla müqavilənin, Kavlakla cari mövsümün sonuna qədər anlaşmanın detallarına bu həftənin içində baxıb, məsələni rəsmiləşdirəcəyik”.
Baş menecer məşqçilər korpusunda dəyişiklər haqda da məlumat verib: “Kavlakın əsas köməkçi olan həmyerlisi İbrahim Bakır da vəzifəsindən gedib. Digər məşqçilərdən Sənan Qurbanovla qapıçılarla işləyən Vüqar Məmmədov işlərini davam etdirir. Yəqin ki, Məmmədov özünə köməkçi götürəcək. Bu, böyük ehtimalla onunla xeyli vaxtdır çalışan, komandamızda da yardımçısı olan Mehman Baxışov olacaq”.
Qeyd edək ki, Məmmədov 2006-2010-cu illərdə “Qəbələ”ni çalışdıraraq, onun ən uzun müddətli baş məşqçisi kimi tarixə düşüb. 44 yaşlı çalışdırıcı qayıdışını Topaz Premyer Liqasının VII turunda sentyabrın 29-da AZAL-la ev oyununda reallaşdıracaq.

0
0