“Qızıl top”: Mübarizə başlayır
25.09.2012 - 12:50
“Qızıl top”: Mübarizə başlayır
Dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına namizədlərin açıqlanacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, FİFA 23 iddiaçının siyahısını oktyabrın 30-da ictimaiyyətə təqdim edəcək.

Milli komandaların baş məşqçiləri və kapitanların qatılacağı səsvermənin nəticələri isə 2013-cü il yanvarın 7-də İsveçrənin Sürix şəhərində açıqlanacaq.

Qeyd edək ki, 2010 və 2011-ci illərdə mükafatı Argentina milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qazanıb.