Berti Foqts toplanışın vaxtını açıqladı
25.09.2012 - 13:29
Berti Foqts toplanışın vaxtını açıqladı
Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts yetirmələrinə oktyabrın 5-dən 13-dək Bakıda təlim keçəcək. Bu toplanış DÇ-2014-ün seçmə mərhələsində baş tutacaq Rusiya ilə oyuna hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Rusiya - Azərbaycan oyunu Moskvadakı "Lujniki" stadionunda baş tutacaq.

Mənbə: affa.az