“Onların adı maqnit kimidir” - MÜSAHİBƏ
25.09.2012 - 13:55
“Onların adı maqnit kimidir” - MÜSAHİBƏ
Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi Sloveniyanın “Litija” klubunun prezidenti Samanta Lovşe yarış ərəfəsində müsahibə verib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunu aşkar favorit sayan xanım funksioner Xorvatiya təmsilçisi “Split” və “Araz”la mübarizədə 2-ci yer iddiasında olduqlarını açıqlayıb.

- UEFA kubokunun elit-raundunun oyunları Litija deyil, Laşkoda keçiriləcək. Buna səbəb nə oldu?
- Təəssüf ki, bizim Litijadakı idman kompleksimiz UEFA-nın bütün tələblərinə cavab vermir. Ona görə də Laşkoda oynamağa məcbur olduq.

- Elit-raundla əsas mərhələnin təşkili üçün mövcud olan tələblər fərqlidir?
- Əlbəttə. Biz əsas mərhələ tələblərinə uyğun gələn arenamızda elit-raundu qəbul edəcəyimizə ümid edirdik. Lakin bu mərhələnin tələbləri daha yüksəkdir.

- Yəqin ki, yarışa maraq böyük olacaq?
- Sağ olsun “Barselona”. Onların adı maqnit kimidir. Azarkeşləri arenaya cəlb edəcək.

- Bunun sayəsində əlavə sponsorlar da tapa bilərsiniz?
- Bu, önəmli deyil. Əsas odur ki, mediada adımız “Barselona” ilə yanaşı hallanacaq, reklam olunacağıq.

- Teleyayımla bağlı məsələ nə yerdədir?
- Bu sahədə danışıqlar davam edir.

- Oyunlara bilet satışı nə vaxt başlayacaq?
- Bu dəfə satışı internet vasitəsilə həyata keçirəcəyik.

- Laşkoda çox azarkeş gözləyirsiniz?
- Litijadakından ən azı 2-3 qat artığını

- Yəqin ki, nəticə də qazanmaq arzusundasınız?
- Biz realistik. 2-ci yer uğrunda döyüşəcəyik. “Barselona” ilə mübarizə aparmaq isə yalnız xəyallarda mümkündür.