“Qarabağ” – “Simurq” oyununun yeri dəyişdirildi
25.09.2012 - 14:01
“Qarabağ” – “Simurq” oyununun yeri dəyişdirildi
Topaz Premyer Liqasının təqvimində növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, həftəsonu keçirilməli olan VII turun 1 oyununun yeri dəyişdirilib.

“Qarabağ” – “Simurq” matçı Ağdam təmsilçisinin meydanında deyil, Zaqatalada baş tutacaq. Buna ölkəmizdə 17 yaşadək qızlar arasında dünya çempionatının keçirilməsi səbəb olub. “Qarabağ” ev oyunlarını Bakıda oynadığından “Simurq”la razılaşma əldə olunub ki, ilk matç əyalətdə baş tutsun. Noyabrın 18-nə təyin olunmuş cavab görüşünə “Qarabağ” ev sahibliyi edəcək.

Qeyd edək ki, “Simurq” – “Qarabağ” görüşü sentyabrın 29-da saat 18:00-da keçiriləcək.