Fatih Kavlak: İstefa haqda danışmayacam
25.09.2012 - 16:18
“Gedişimlə bağlı hələ danışmaq istəmirəm. İstefama 1-2 gün şərh verməyəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak deyib.
Topaz Premyer Liqasının son turunda dünən evdə “Rəvan”a 2:3 hesablı məğlubiyyətdən dərhal sonra istefası reallaşan 37 yaşlı türkiyəli çalışdırıcı hələ ölkəmizdədir.
Təbii ki, Kavlakın fikirlərini öyrənməyimiz vacib idi və bunun üçün onunla gün ərzində bir neçə dəfə əlaqə saxladıq. Nəhayət, telefonunu açan Kavlak konkret fikir bildirməməyi üstün tutdu: “Başa düşürəm, bu, sizin işinizdir. Mənimlə əlaqə saxladığınızı görüb, hörmətsizlik etməmək üçün cavab verdim. Ancaq hələlik gedişimlə bağlı şərh yoxdur. Bir az gözləyək, sonra danışarıq”.
Qeyd edək ki, Kavlak 2010-cu ilin mayında ingiltərəli Toni Adamsın “Qəbələ”nin baş məşqçi postuna təyinatından sonra ona köməkçi kimi dəvət olundu. Bunadək 2009/10 mövsümündə “Qarabağ”da baş məşqçi Qurban Qurbanovun köməkçisi olan türkiyəli ötən ilin payızında Adamsın istefasından sonra onu əvəzləyib.

0
0