Yığmamız Lənkəranda antirekord vurdu
25.09.2012 - 16:54
Yığmamız Lənkəranda antirekord vurdu
Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığma komandaların dünya çempionatında antirekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, buna hazırda Nigeriya yığması ilə Lənkəranda davam edən oyunda milli komandamız imza atıb.

Belə ki, almaniyalı Sissi Raytın baş məşqçisi olduğu yığmamız fasiləyə hesabda 0:7 geridə yollandı. Bunadək ilk turda Şimali Koreya Qambiyaya 11:0 hesabı ilə qalib gəldiyi oyunda ilk hissədə 6 qol vurmuşdu.

Ümumiyyətlə, 3-cü dəfə keçirilən dünya çempionatında ilk hissədə antirekord 10 qoldur. Bu, 2010-cu ildə Puerto-Rikoda keçirilən Almaniya – Cənubi Afrika Respublikası oyununda reallaşıb. Almaniyalılar onda fasiləyə 9:1 hesabı irəlidə yollanmışdı. Bundestim 2-ci hissədə yalnız 1 qol vuraraq, sonda 10:1 hesabı ilə qalib gəlmişdi.