“Qələbə qazanan vaxt kimsə məyus ola bilməz”
25.09.2012 - 17:53
“Qələbə qazanan vaxt kimsə məyus ola bilməz”
“Qələbə qazanan vaxt kimsə məyus ola bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Kanada yığmasının məşqçisi Linda Hautorn deyib.

Baş məşqçinin köməkçisi Azərbaycanda keçirilən dünya çempionatının II turunun Kolumbiya ilə oyunu haqda fikirlərini açıqlayıb. FİFA-nın rəsmi saytına açıqlamasında çalışdırıcı 1:0 hesablı qələbədən razı qaldığını bildirib: “Bir həqiqət də var ki, bizim daha çox qol imkanlarımız oldu. Lakin həmin epizodları boşa verdik. Ümumilikdə, komandamız çox yaxşı oynayıb, yaradıcı futbol göstərdi. Bu üzdən də oyundan tam razıyam”.