Millimiz “Barselona”ya qalib gəldi
25.09.2012 - 23:00
Millimiz “Barselona”ya qalib gəldi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İspaniyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Apasport.az saytının xəbərinə görə, millimiz “Barselona” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Barselona” klubunun bazasında keçirilmiş oyun 1:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. İspaniya təmsilçisinin qapısından topu Cem Fələk keçirib.