“İnter”in baş məşqçisi Bakıda uduzmaq istəmir
26.09.2012 - 08:34
“Mövsümün startı bizim üçün uğursuz oldu. Komanda şəklində özümüzə siqnal verməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin Avropa Liqasında rəqibi olan İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni deyib.
O bildirib ki, İtaliya A seriyasının V turunda “Kyevo” ilə oyun qitə miqyaslı turnir öncəsi yaxşı bir sınaq olacaq: “Sehrli çubuğu yelləməklə tərəqqiyə nail olmaq mümkün deyil. Bu vəzifəni yerinə yetirməyi öz əlimizə götürməliyik. Biz daha uduzmaq istəmirik”.
Qeyd edək ki, “İnter” Avroliqanın qrup mərhələsinin II turunda oktyabrın 4-də “Neftçi”nin qonağı olacaq.

0
0