Neymar “Barselona”ya qismət oldu
26.09.2012 - 08:51
Neymar “Barselona”ya qismət oldu
Braziliya milli komandasının futbolçusu Neymarın Avropanın hansı klubuna transfer olunacağı böyük ölçüdə həll olunub. Apasport.az saytının məlumatına görə, İspaniya “Barselona”sı “Santos”un hücumçusu və klub özü ilə ilk razılığa gəlib. Braziliyalı vunderkind DÇ-2014-dən sonra kataloniyalıların sırasına qoşulacaq. İspaniya mətbuatının yaydığı xəbərə əsasən, “Barselona” futbolçuya görə, Braziliya klubuna 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, digər İspaniya nəhəngi “Real” və Fransa PSJ-si də Neymarı almağa iddialı idilər. Hətta Fransa klubu ona görə, rekord məbləğ - 100 milyon avro təklif etmişdi. Lakin, futbolçunun istəyi daha üstün tutulub.