Azərbaycanda qol yağışı: 50-ci qol və rekord məhsuldarlıq
26.09.2012 - 09:07
Azərbaycanda qol yağışı: 50-ci qol və rekord məhsuldarlıq
17 yaşadək futbolçulardan ibarət ABŞ milli komandasının futbolçusu Toni Peyn Azərbaycanda keçirilən dünya çempionatının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, amerikalı futbolçu Qambiya ilə oyunda sonuncu qolu vurmaqla mundialda vurulan 50-ci topun müəllifi olub.

Azərbaycanda keçirilən yarışın baş tutan 12 oyununda 50 qolun vurulması orta məhsuldarlığın 4,17-ə bərabər olması deməkdir. Bu isə dünya çempionatları üçün rekord göstəricidir. Belə ki, Yeni Zelandiyadakı DÇ-2008-də orta hesabla 3,53, Trinidad və Tobaqodakı DÇ-2010-da 3,91 olub. İndiyədək rekord sayılan sonuncu göstərici hazırda 0,26 qol qədər yenilənib.