Kurban Berdıyev: Avroliqadakı oyunlarımız çətin olacaq
26.09.2012 - 10:19
Kurban Berdıyev: Avroliqadakı oyunlarımız çətin olacaq
“Biz artıq eyni zamanda bir neçə turnirdə mübarizə aparmağa öyrəşmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Rubin”in baş məşqçisi Kurban Berdiyev deyib.

“Yenisey”lə Rusiya kubokunun 1/16 final mərhələsindən öncə açıqlama verən təcrübəli mütəxəssis bəzi futbolçularına istirahət verəcəyini söyləyib: “Yenisey”lə matçda son vaxtlar mütəmadi olaraq klubumuzun və yığmaların şərəfini qoruyan bəzi futbolçulara istirahət verməyi planlaşdırırıq. Kubokda mümkün qədər irəliləmək istəyirik. Lakin bizi qarşıda ölkə çempionatında və avrokuboklarda ağır qarşılaşmalar gözləyir. Komandamın çox oyun keçirməsindən narahat deyiləm. Fiziki cəhətdən hər şey qaydasındadı. Düzdü, Milandakı qarşılaşmadan sonra motivasiya ilə bağlı problemlərimiz var. Amma bunu yoluna qoya bilərik”.