Mundialda azarkeş sayı 100 mini keçdi
26.09.2012 - 10:22
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının 3-cü oyun günündə stadionlara 24856 tamaşaçı qeydə alınıb. Apasport.az saytının məlumatına görə, II turun ilk günündəki 4 qarşılaşmada orta tamaşaçı sayı 6214 olub.
Mundialın startından baş tutan 12 matçda isə azarkeş sayı 100 minlik həddi arxada qoyub – 111456. Bu isə orta tamaşaçı sayının 9288-ə enməsi deməkdir. Belə ki, ilk turdan sonra bu rəqəm 10950-yə bərabər idi.
Buna baxmayaraq Azərbaycandakı çempionat orta göstəricidə hələ də Yeni Zelandiya-2008 (6494) və Trinidad və Tobaqo-2010 (4567) ilə müqayisədə xeyli irəlidədir.

0
0