“Bunu heç vaxt unutmayacağam”
26.09.2012 - 10:33
“Komandamız üçün çətin gün oldu. Ancaq baş məşqçi Sissi Raytın dəstəyini hiss edirik. O, biz futbolçulara Nigeriyaya 0:11 hesablı məğlubiyyəti unutdurmağa kömək edəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri 17 yaşadək qızlardan ibarət yığmamızın kapitanı Əminə Heydərova deyib.
Ölkəmizdə keçirilən dünya çempionatının final mərhələsində keçirdiyi ilk oyunda Kolumbiyaya 0:4, Nigeriyaya 0:11 hesabı ilə uduzan millimiz bu nəticələrdən sonra qrupdan çıxmaq şansını rəsmən itirib.
Heydərova uğursuzluğu rəqiblərin daha güclü, təcrübəli olması ilə əlaqələndirir: “Kolumbiya və Nigeriyada qadın futbolu 20-30 ildir var. Bu müddətdə bir neçə nəsil dəyişib. Bizə isə vaxt lazımdır. Afrikalılarla fiziki cəhətdən bacarmadıq. Onların fiziki gücü bizimlə müqayisədə daha çox idi. İlk və ikinci oyunumuz arasında böyük fərq vardı. Nigeriya Kolumbiyadan daha güclüdür. Ancaq gördüyünüz kimi, biz hər iki oyunda sonadək mübarizə apardıq. Ümidimizi itirməmişik və Kanadaya qalib gələ biləcəyimizi düşünürəm”.
Kapitan almaniyalı baş məşqçi Sissi Raytdan razılığını ifadə edib: “O, uduzduğumuz hər oyundan sonra həmişə bizi dəstəkləyir, yenidən parlaq gələcəyimizə inamını bəyan edir və bizi ümidlərlə zənginləşdirir. Raytın bizimlə işləməyi ilə fəxr edirik. Onun
qadın futbolu sahəsində böyük təcrübəsi və biliyi var. Biz 2 dəfə Latviya yığması ilə yoxlama matçı keçirdik və hər ikisində qalib gəldik. Bu, dünya çempionatı öncəsi bir məşq idi. Onda Raytın sevinci fantastik idi. Mən bunu heç vaxt unutmayacağam”.
Heydərova məğlubiyyətlərdən sonra komanda yoldaşlarına səslənib: “Deyirəm ki, üzülməsinlər. Çünki biz yeni komandayıq. Qarşıda uzun yol var və biz daha təcrübəli olacağıq. Bizim bu sahədə heç bir təcrübəmiz yoxdur və hər şeyi sıfırdan qurmağa məcbur olduq. Lənkəranda ağır məğlubiyyətdən sonra baş məşqçimiz bizi düşdüyümüz vəziyyətdən bacardığı qədər çıxarmağa çalışdı. Bu, təcrübədir və hamımıza bunu dəf etmək üçün vaxt lazım olacaq”.
Əminə ölkəmizi kapitan kimi təmsil etməkdən qürur hissi keçirdiyini və millimizdə hələ uzun müddət çıxış etmək istədiyini bildirib: “Bu 2 ildə yaranan yığmamızda xoşbəxt anlar oldu. Uzun illər ölkəmi təmsil etmək, oynamaq istəyirəm. Gərgin məşq edirəm ki, daha istedadlı, təcrübəli olum”.

0
0