Qambiyadan antirekord, Azərbaycan antirekorda doğru
26.09.2012 - 11:23
Qambiyadan antirekord, Azərbaycan antirekorda doğru
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında iştirak edən Qambiya millisi mundiallar tarixinin antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi qrup mərhələsində 17 qol buraxan 2-ci komanda olub.

2 il əvvəl Trinidad və Tobaqoda digər “Qara qitə” təmsilçisi CAR mundialı 17 buraxılan qolla tərk etmişdi. Lakin cənublular 17 qolu 3 matçda buraxmışdı. KXDR-dan 11, ABŞ-dan 6 top “alan” qambiyalıların isə qarşıda hələ 1 sınağı da var. Fransalıların antirekordun yenilənməsi üçün əlindən gələni edəcəyi isə şübhə doğurmur.

Qeyd edək ki, 2 oyunda 15 cavabsız qol buraxan yığmamız da CAR-ın göstəricisini arxada qoya bilər.