10x10
26.09.2012 - 12:35
10x10
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatı millimiz üçün uğursuz alındı. Almaniyalı baş məşqçi Sissi Raytın çalışdırdığı yığmamız yarışın ikinci turunda Nigeriyaya 0:11 hesabı ilə uduzdu. Apasport.az saytının məlumatına görə, bu məğlubiyyət Azərbaycan futbol tarixində 2 rəqəmli fərqlə uduzulan 10-cu haldır.

Ən azı 10 top fərqi ilə yenildiyimiz əvvəlki 9 qarşılaşmada həm kişi, həm qadın komandalarımız darmadağına məruz qalmışdı. Lakin daha gənc olan qadın futbolunda 7-ci dəfə acınacaqlı hesabla uduzduq.

Futbol tariximizin antirekordu da gənc qızlara məxsusdur. 19 yaşadək qızlarımız 8 il əvvəl Danimarkaya 0:20 hesabı ilə uduzmuşdular.

Lakin bu dəfə – yubiley məğlubiyyəti 2 məqamla yadda qalıb. İlk dəfə əcnəbi baş məşqçi ilə acınacaqlı yenilgi aldıq. İlk dəfə bu məğlubiyyət final mərhələsinə təsadüf etdi.

Əsas
Avropa çempionatının seçmə mərhələsi

06.09.1995 Fransa 0:10


U-18
Avropa çempionatının seçmə mərhələsi

01.10.2000 Rusiya 0:10


“Femida” (həvəskarlar)
UEFA Regionlar kuboku

01.08.2004 Malopolska (Polşa) 1:13


U-19 (qızlar)
Avropa çempionatının seçmə mərhələsi

28.09.2004 Danimarka 0:20
30.09.2004 Fransa 0:10


“Gömrükçü” (qadınlar)
UEFA kuboku

17.09.2005 Frankfurt (Almaniya) 1:11


Əsas (qadınlar)
Dünya çempionatının seçmə mərhələsi

19.06.2010 Belçika 0:11
23.06.2010 İsveç 0:17
21.08.2010 Uels 0:15


U-17 (qızlar)
Dünya çempionatının final mərhələsi

25.09.2012 Nigeriya 0:11