Sissi Raytın diqqətinə!
26.09.2012 - 13:36
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsində son oyununu Kanada yığmasına qarşı keçirəcək millimizin rəqibi ilə bağlı maraqlı tendensiya üzə çıxıb. Apasport.az saytının məlumatına görə, ilk 2 turda uduzmaqla qrupda qalacağı dəqiqləşən Sissi Raytın yetirmələri şimalı amerikalılarla qarşılaşmada ikinci hissənin əvvəlində diqqətli olmalıdır. Belə ki, kanadalılar həmin vaxt daha təhlükəli olurlar.
Bütün dünya çempionatlarının iştirakçısı olan rəqibimiz 2008-ci ildə Yeni Zelandiyada da, 2010-cu ildə Trinidad və Tobaqoda da 1 qələbə qazanıb. Ölkəmizdə də 1 qələbəsi olan şimallılar bütün qələbələrini eyni hesabla qazanıb – 1:0. Özü də hər 3 matçda qələbə qolu 51-54-cü dəqiqələri əhatə edən vaxtda vurulub.

0
0