20 qolluq videomaterial
26.09.2012 - 14:25
20 qolluq videomaterial
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatına həsr olunan videomateriallar hazırlanıb. Apasport.az saytının məlumatına görə, mundialın qrup mərhələsinin II turunun ilk günündə keçirilmiş oyunlardan hazırlanan görüntülərdə vurulan qollar da yer alıb. Sentyabrın 25-də hazırlanmış videomateriallar affavideo.az saytındakı DÇ-2012 bölməsində yerləşdirilib.

Qeyd edək ki, həmin tarixdə 20 qol vurulub. Nigeriya Azərbaycanı 11:0, ABŞ Qambiyanı 6:0, Kanada Kolumbiyanı 1:0 hesabı ilə məğlub edib. Fransa ilə KXDR isə qalibi müəyyənləşdirə bilməyib – 1:1.

Mənbə: affa.az