AFFA-dan cəza yağışı
26.09.2012 - 14:45
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında, həmçinin IV turdan təxirə salınmış “Xəzər Lənkəran” – “Simurq” görüşündə baş verənlər müzakirə olunub.
Sonuncu qarşılaşmada “Simurq”un 5, “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər 2 klub 1000 manat cərimələnib. AZAL-la oyunda 4 üzvü sarı vərəqə alan “İnter”in də cəzası eyni olub.
“Sumqayıt” – “Neftçi” matçında hər 2 klub eyni səbəbdən 1000 manat ödəməli olacaq. Bundan başqa, 90+1-ci dəqiqədə meydandan qovulan Emin Mehdiyev 2 oyunluq cəzalanmaqla yanaşı “Neftçi”ni 2000 manat ziyana salıb.
“Rəvan”la matçın 72-ci dəqiqəsində “Qəbələ”nin qırmızı vərəqə alan futbolçusu Aleksandr Çertoqanovun cəzası Mehdiyevinki kimi olub. Oyunun 72-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün “Qəbələ” daha 3000 manat cərimə edilib. Matçın 77-ci dəqiqəsində meydan sahibinin azarkeşləri tərəfindən arenaya kənar əşya atılması daha 2000 manata başa gəlib. “Qəbələ” bu oyuna görə ümumilikdə 7000 manat ziyana düşüb.
“Simurq”la oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Kəpəz” bunun üçün 1000, 89-cu dəqiqədə meydandan qovulan Emin İmaməliyevə görə 200 manat ödəyəcək. Yarımmüdafiəçi isə 1 oyunluq kənarlaşdırılıb.

0
0