“Neftçi”nin rəqibi “Atletik”in futbolçusunu alır
26.09.2012 - 14:54
“Neftçi”nin rəqibi “Atletik”in futbolçusunu alır
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İtaliya təmsilçisi “İnter” heyətini gücləndirməyə çalışır. Apasport.az saytının məlumatına görə, bir müddət bundan öncə öz yetirməsi, hal-hazırda “Mançester Siti”nin şərəfəni qoruyan Mario Balotellini qaytarmaq istəyən Milan təmsilçisi indi də Fernando Lyorenteyə elçi düşüb.

Bilbao “Atletik”i ilə mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu anlaşmanı uzatmaq istəməyib. “İnter” İspaniya yığmasının üzvünü yayda azad agent kimi heyətinə qatmaq istəsə də, “Barselona”nın da onunla maraqlanması italiyalıları cəld tərpənməyə məcbur edib. Artıq Lyorentenin agenti danışıqlar aparmaq üçün Milana gəliblər.

Qeyd edək ki, “Neftçi” - “İnter” qarşılaşması oktyabrın 4-də baş tutacaq.