Milli komandamıza Almaniyadan 4 futbolçu çağırıldı
26.09.2012 - 14:55
Milli komandamıza Almaniyadan 4 futbolçu çağırıldı
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov sentyabrın 28-dən oktyabrın 7-dək olan müddətdə İspaniyanın Alikante şəhərində təşkil olunacaq beynəlxalq turnirə futbolçu ilə yollanacaq. Bunlar Əli Həsənli ("Qəbələ"),
Fəhmin Muradbəyli, Pərviz Qaraxanov, Aqşin Qurbanlı (hamısı "Neftçi"), Budaq Nəsirov ("Turan"), Ülvi İbazadə, Mansur Nəhavəndi, Roman Məmmədov (hamısı "İnter"), Mahir Mədətov, Yusup Hakimov, Təyyar Məmmədov (hamısı "Bakı"), Elnur Cəfərov, Elvin Səfərzadə (hər ikisi "Xəzər Lənkəran"), Elvin Nəsibov, Ağaseyid Qasımov (hər ikisi “Qarabağ”), Qaziməhəmməd Qurbanov ("Anji", Rusiya), Roman Əliyev ("Akademiya Krasnodara", Rusiya), Rəhim Sadıxov ("Spartak", Moskva, Rusiya), Müslim Zararsız (SV "Wehen Wiesbaden", Almaniya), Cem Fələk ("Ayntraxt", Almaniya), Sərcan Dəmir, Abdussamed Gürsoydur. ("Frankfurt", Almaniya)

Turnirdə iştirak edəcək komandaları və yığmamızın oyunlarının təqvimini belədir:

A qrupu:
Meksika, Rusiya, Mərakeş, Kanada
B qrupu: ABŞ, Azərbaycan, BƏƏ, Gürcüstan

29 sentyabr, saat 19:00
ABŞ - Azərbaycan

30 sentyabr, saat 13:00
BƏƏ - Azərbaycan

1 oktyabr, saat 21:00
Azərbaycan - Gürcüstan

Mənbə: affa.az