“İnter” – “Neftçi” matçı təxirə düşdü
26.09.2012 - 15:24
“Şəfa” stadionunda 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi səbəbindən “İnter” Topaz Premyer Liqasının VII turunda "Neftçi" ilə matçın təxirə salınması üçün PFL-ə müraciət edib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin razılığı əldə olunandan sonra qarşılaşmanın təxirə salınması qərara alınıb.
Beləliklə, sentyabrın 28-də keçirilməli olan matç dekabrın 25-nə keçirilib.
Beləliklə, sentyabrın 28-də keçirilməli olan matç dekabrın 25-nə keçirilib.
0
0