“Neftçi”nin Avroliqada rəqibi titulunu itirdi
26.09.2012 - 16:42
“Neftçi”nin Avroliqada rəqibi titulunu itirdi
“Neftçi”nin Avroliqanın qrup mərhələsində rəqibi olan “Rubin” uğursuzluğa düçar olub. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi Rusiya kubokunun 1/16 final mərhələsində bu gün I divizion təmsilçisi “Yenisey”ə səfərdə 1:2 hesabı ilə uduzub. Bununla da Rusiya kubokunun son qalibi olan “Rubin” titulunu itirib. Belə ki, turnirdə bu mərhələdə qalib 1 oyuna görə müəyyənləşir. Hələ fasiləyədək hesabda 0:2 geridə olan “Rubin” yalnız 90+3-cü dəqiqədə hücumçusu Anatoli Davıdovla qol vursa da, bu, təsəllidən başqa bir şey olmayıb.

Qeyd edək ki, kazanlılar Rusiya Superkuboku uğrunda son çempion “Zenit”ə də qalib gələrək, onu da qazanıb.