Yığmamız üçün Virciniya və İnna
26.09.2012 - 16:50
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı, yeri və baş hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oyunları Avstriyada keçirilən VI qrupda yer alan yığmamız elə ilk oyununu meydan sahiblərinə qarşı keçirəcək. İsveç və Xorvatiya yığmalarının da yer aldığı qrupdakı oyunlarını 2 şəhərdə oynayacaq Sissi Raytın yetirmələri belçikalı və rusiyalı hakimin fiti ilə meydana çıxacaq. İnna Tereşenko 2 oyunumuzda ədaləti qoruyacaq.
Qeyd edək ki, U-17 yığmamız hazırda ölkəmizdə keçirilən dünya çempionatının final mərhələsinin iştirakçısıdır.
29 oktyabr
18:00. Avstriya – Azərbaycan
Baş hakim: Virciniya Dero (Belçika)
Purbax Am Si. Purkenholl İdman Mərkəzi
31 oktyabr
14:00. İsveç – Azərbaycan
Baş hakim: İnna Tereşenko (Rusiya)
Lindabrunn. Şəhər stadionu
3 noyabr
18:00. Azərbaycan – Xorvatiya
Baş hakim: İnna Tereşenko (Rusiya)
Lindabrunn. Şəhər stadionu
Qeyd edək ki, U-17 yığmamız hazırda ölkəmizdə keçirilən dünya çempionatının final mərhələsinin iştirakçısıdır.
29 oktyabr
18:00. Avstriya – Azərbaycan
Baş hakim: Virciniya Dero (Belçika)
Purbax Am Si. Purkenholl İdman Mərkəzi
31 oktyabr
14:00. İsveç – Azərbaycan
Baş hakim: İnna Tereşenko (Rusiya)
Lindabrunn. Şəhər stadionu
3 noyabr
18:00. Azərbaycan – Xorvatiya
Baş hakim: İnna Tereşenko (Rusiya)
Lindabrunn. Şəhər stadionu
0
0