Qurban Qurbanova “Extra card” təqdim edildi
26.09.2012 - 17:24
Qurban Qurbanova “Extra card” təqdim edildi
“Qarabağ” klubu əməkdaşlıq etdiyi Azərbaycan Sənaye Bankı ilə daha bir layihəyə start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bankın yeni xidmət növü olan “Extra card” məhsulu ağdamlıların texniki və futbolçu heyətinə təqdim edilib. Alış-verişlərini sürətləndirəcək və rahatlaşdıracaq olan bu plastik kartlar ilk olaraq baş məşqçi Qurban Qurbanova, ardınca isə futbolçulara plastik kartlar təqdim edilib. Onların istifadə qaydası və yararlılığı haqqında məlumat verilib.