Vurğun Hüseynov: O, əvvəllər mənə inanırdı - MÜSAHİBƏ
26.09.2012 - 23:01
“Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi
- Zədəyə əlaqədar Almaniyaya getmişdiniz. Həkim müayinəsindən keçdinizmi?
- Sentyabrın 16-dan 19-dək Almaniyada oldum. Səfəri AFFA və “Qəbələ” birgə təşkil etmişdi. Müayinədən keçdim. Şükürlər olsun ki, cərrahiyyə əməliyyatına ehtiyac olmadı. Məni müayinə edən həkim xüsusi proqram hazırlayıb göndərəcək. “Pax”ımda ağrılar var. Həmin proqram əsasında məşq etməklə, zədəmi sağaldacam.
- Hazırda klubun düşərgəsindəsiniz?
- Bəli, “Rəvan”la oyunu da tribunadan izlədim. Sözün düzü, həmin qarşılaşmanı izləməyə gəlmişdim. Sonra baş məşqçi postunda dəyişiklik oldu. Dedilər, klubdaxili iclas keçiriləcək. Ona görə qalası oldum. Komanda məşq edən zaman mən də yüngül qaçışla kifayətlənirəm.
- Bəs ağrı hiss olunur?
- Ağrılarım hələ azalmayıb. Həkim dedi ki, ağır bir müddət qalacaq. Onun göndərəcəyi proqramı yerinə yetirdikcə, ağrılar azalacaq.
- Baş məşqçi postundakı dəyişikliklə bağlı nə deyə bilərsiniz?
- Bu, klub rəhbərliyinin qərarıdır. Bunu şərh edə bilmərik.
- Komandanız “Rəvan”la oyunda niyə uduzdu?
- Çünki rəqib bizdən daha yaxşı oynadı. “Rəvan” qələbəni bizdən çox istəyirdi. Buna görə də müsbət nəticə əldə etdi.
- Çempionluq uğrunda mübarizə aparan “Qəbələ”nin itirilən xalları sığortalamaq imkanı olacaqmı?
- Razıyam ki, arxada qalan oyunlarda qazandığımızdan çox xal itirmişik. Bu gün aktivimizdə 7 xal var, halbuki, daha çox ola bilərdi. Qarşıda 26 tur var. Bunu sığortalamağa çalışacağıq. Bizim kimi, rəqiblərimiz də meydana çıxacaqlar və onların da xallar itirmək ehtimalı az deyil. İnanıram ki, sonda istədiyimiz nəticəni əldə edəcəyik. Bunun üçün inanmaq və mübarizə aparmaq lazımdır.
- Yeni baş məşqçi Ramiz Məmmədov sizə heç də yad sima deyil. “Qəbələ”yə də məhz onun dövründə dəvət edilmisiniz. O, hazırkı məqamda komandaya kömək edə biləcəkmi?
- Ramiz müəllim “Qəbələ” yaradıldığı vaxtdan klubdadır və uzun müddət komandanın baş məşqçisi olub. Komandanı əlinin içi kimi tanıyır. “Qəbələ” tarixində birinci dəfə ilk “altılığ”a onun rəhbərliyi altında vəsiqə qazanıb. Onun müsbət dəyişikliklər edəcəyinə inanıram.
- Necə düşünürsüz, köhnə-yeni məşqçiniz sizə yenidən etimad göstərəcəkmi?
- Bu, daha çox məndən asılıdır. Hazır olsam, baş məşqçi şans verəcək. Heç bir futbolçu əvəzedilməz deyil. Oynamaq istəyirsənsə, mütləq əziyyət çəkməlisən. Baş məşqçi də istəyir ki, sərəncamında hazır, yüksək səviyyəli futbolçular olsun. O, əvvəllər mənə inanırdı. Yenə şans versə, etimadını doğrultmağa çalışacam. Təbii ki, öncə zədəmi sağaltmalıyam.

0
0