“Partizan” 1/8 finala yüksəldi
27.09.2012 - 08:09
“Partizan” 1/8 finala yüksəldi
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi Serbiya kubokunun 1/16 finalında “Proleter” ilə görüşüb. Paytaxt təmsilçisi oyunun taleyini ilk hissədə vurduğu 4 cavabsız qolla həll edib. Qonaqların gücü fasilədən sonra təsəlli qolu vurmağa çatıb – 4:1. “Partizan”ın heyətində Mitroviç 3-cü və 38-ci, Braşanaç 6-cı, Askovski 27-ci dəqiqələrdə fərqlənib. Bununla da “Neftçi”nin rəqibi 1/8 finala yüksəlib.