“İnter” ənənəsinə sadiq qalır
27.09.2012 - 08:30
İtaliya çempionatının A seriyasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “İnter” 5-ci turda “Kyevo”nun qonağı olub. Milan təmsilçisi bu dəfə də ənənəsinə qalib gələrək səfərdən 3 xalla ayrılıb. Hər hissədə 1 qol vuraraq 2:0 hesabına sevinən “İnter”in qollarını 43-cü dəqiqədə Pereyra, 74-cü dəqiqədə Kassano vurublar. Bununla da evdəki hər 2 oyununda uduzan milanlılar 3-cü dəfə qələbəsini əldə edib. Bir sözlə “İnter”in meydanda olduğu qarşılaşmaların hamısında qonaqlar qalib gəlir. Hazırda hesabında 9 xal olan “İnter” a seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
0
0