Sneyder “Neftçi”yə qarşı oynamaya bilər
27.09.2012 - 08:52
Sneyder “Neftçi”yə qarşı oynamaya bilər
Avroliqanın qrup mərhələsində “Neftçi”nin rəqibi olan “İnter” Bakıya səfər öncəsi ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin liderlərindən olan hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder A seriyasının hesabat turunda “Kyevo”ya səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.

O, bu səbəbdən artıq 26-cı dəqiqədə əvəzlənib. Sneyderin oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, Uesli 3 ildir çıxış etdiyi “İnter”də vitse-kapitandır.