Bernhard heç-heçədən məmnun qaldı
27.09.2012 - 09:05
“Çinlə heç-heçədən çox razıyıq. Matçın 2-ci hissəsində çox güc sərf etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Almaniya milli komandasının baş məşqçisi Anuşka Bernhard deyib.
O, Azərbaycanda keçirilən dünya çempionatının Çin yığması ilə oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Bərabərlik qolunun axtarışları nəhayət ki, bəhrəsini verdi. Qarşılaşmanın sonlarında qolla mükafatlandıq. Çin yığması gözlədiyimiz kimi çox güclü rəqib idi. Onlar bizə qarşı da əla oynadılar”.

0
0