Bruno Alveş Azərbaycanla oyunu xatırladı
27.09.2012 - 09:42
“Fikrimcə, Rusiya və Portuqaliya yığmaları startdaca qrupun əsas favoritləri olduqlarını sübut etdilər. Hər 2 komanda çox güclüdür və keçirdikləri hər 2 oyunda qalib gəlmələri bunu təsdiqləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Bruno Alveş deyib.
“Zenit”in heyətində çıxış edən müdafiəçi üçün 2014-cü il dünya çempionatının seçmə mərhələsində oktyabrın 12-də səfər matçı böyük önəm daşıyacaq. Belə ki, Bruno karyerasını davam etdirdiyi ölkənin komandasına - Rusiya yığmasına qarşı oynayacaq.
Alveş görüş öncəsi fikirlərini bölüşərkən, qol vurduğu millimizlə ev oyununu da xatırlayıb: “Rusiya hər şeydən öncə əla futbol da göstərdi. Aydın məsələdir ki, Moskvadakı oyunumuzdan sonra digər matçlar da çox vacib olacaq. Kim qazansa, qrupda 1-ci yerə qalxacaq. Biz Lüksemburqa qarşı elə də yaxşı oynamadıq. Ancaq Azərbaycanla matçla yetərincə yaxşı təsir bağışladıq”.
Qeyd edək ki, Portuqaliya millimizlə oyunda 3:0 hesabı ilə qalib gəlsə də, son 20 dəqiqəyə kimi qol vura bilmirdi. Alveş Braqadakı matçda künc zərbəsindən başla qol vuraraq, son nöqtəni qoyub.

0
0