“Bayıl-Arena”dakı tarix
27.09.2012 - 09:50
“Bayıl-Arena”dakı tarix
17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının keçirildiyi “Bayıl-Arena” stadionu Qana millisinin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, afrikalılar II turda həmin arenada Uruqvayı 5:0 hesabı ilə darmadağın ediblər ki, bu nəticə də Qana futbol tarixində ən böyük hesablı qələbədən biri olub.

Yəni, Qananın istər kişilərdən, istərsə də qadınlardan ibarət yığmaları FİFA bayrağı altında keçirilən yarışlardan yalnız 1 dəfə bundan böyük hesabla qalib gələ bilib. Bu, Qananın 17 yaşadək oğlanlarının 1999-cu ildə Yeni Zelandiyada keçirilən turnirdə Tailandı 7:1 hesabı ilə məğlub etməyidir.

Qeyd edək ki, “Bayıl Arena” məhz qızların dünya çempionatı üçün tikilərək, istifadəyə verilib.