Məhsuldarlıqda 2-ci, tamaşaçı sayında 1-ci
27.09.2012 - 09:53
Məhsuldarlıqda 2-ci, tamaşaçı sayında 1-ci
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının II turunun son günündə 11 qol vurulub. Apasport.az saytının məlumatına görə, əvvəlki günlərlə müqayisədə məhsuldarlığın düşməsi mundialın orta göstəricisinə də təsir edib.

Belə ki, yarışın yarısı arxada qaldıqdan sonra 16 matçda 61 qol vurulub. 3,81-ə bərabər olan orta məhsuldarlıq DÇ-208-dən yuxarı olsa da, DÇ-2010-dan geri qalır.

Məhsuldarlıq

il

Keçirildiyi ölkə

Oyun

Qol

Orta

2008

Yeni Zelandiya

32

113

3.53

2010

Trinidad və Tobaqo

32

125

3.91

2012

Azərbaycan

16

61

3.81




II turun son 4 oyununu cəmi 19200 tamaşaçı izləyib. Bu isə çempionatın əvvəlki 3 oyun günü ilə müqayisədə ən aşığı göstəricidir. Buna baxmayaraq ölkəmizdəki çempionat əvvəlki yarışları hələ də qabaqlayır.

Tamaşaçı sayı

il

Keçirildiyi ölkə

Oyun

Tamaşaçı

Orta

2008

Yeni Zelandiya

32

207803

6494

2010

Trinidad və Tobaqo

32

146156

4567

2012

Azərbaycan

16

130656

8166