Əvvəl Yeo, indi Yui
27.09.2012 - 10:18
Yaponiya millisinin futbolçusu Yui Haseqava dünya çempionatları tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, asiyalı futbolçu Azərbaycanda keçirilən mundialın Yeni Zelandiya ilə qarşılaşmasında fərqlənib.
Belə ki, Yui meydana sonradan çıxsa da, 2 qol vurmağı bacarıb. 17 yaşadək qızların dünya çempionatları tarixində 2-ci dəfədir ki, komanda yoldaşını əvəzləyən oyunçu dubl müəllifi olur. 2 il əvvəl Cənubi Koreya millisinin üzvü Yeo Minji CAR-la qarşılaşmada eyni nailiyyətə imza atmışdı.

0
0