Cavid Hüseynov kubokla vidalaşdı
27.09.2012 - 10:34
Cavid Hüseynov kubokla vidalaşdı
Türkiyə kubokunda II mərhələnin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu “Adanadəmirspor” aşağı dəstə təmsilçisi “Çorumlu Bələdiyyəspor”la qarşılaşıb.

Adanalılar səfər oyununda 1:2 hesabı ilə uduzaraq, kubok uğrunda mübarizədən kənarlaşıb. Kubokdakı oyunda Cavid də meydana çıxıb. Həmyerlimiz start heyətində çıxdığı matçda əvəzolunmadan meydanda olub.

Türkiyə mətbuatı onun oyununu 5 xalla qiymətləndirib.