“Araz”ın rəqibi: UEFA kubokunu əldən verməyəcəyik
27.09.2012 - 11:40
Futzal üzrə UEFA kubokunun elit-raundunda Azərbaycan çempionu “Araz”ın rəqibi olan İspaniyanın “Barselona” klubu yarış üçün hədəfini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçularından olan Serxio Lozano Avropanın klub turnirində ən yaxşı olmaq iddiasını ortaya qoyub.
O bildirib ki, komandasının hədəfi təkcə elit-raundda “Araz”, Sloveniya “Litija”sı və Xorvatiya “Split”ini udmaqdan ibarət deyil: “İndi hələ tam formada deyilik. Mövsümün gedişində daha da kamilləşəcəyik. Hədəfimiz təkcə elit-raundda deyil, kubokun qalibi olmaqdır. Ötən il qazandığımız mükafatı əldən verməyəcəyik”.

0
0