Milli çempionatımızın bombardiri “Qəbələ”yə məşqçi gəldi
27.09.2012 - 13:03
“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib. Klubun baş meneceri Zaur Əzizov apasport.az saytına açıqlamasında baş məşqçi Ramiz Məmmədovun köməkçilərindən daha birinin Badri Kvaratsxeliya təyin olunduğunu bildirib.
47 yaşlı gürcü çalışdırıcı artıq komandanın məşqində iştirak edir: “Kvaratsxeliya baş məşqçimizin təklifi ilə komandamıza dəvət olunub. Məmmədov bu məşqçi ilə birgə işləmək, köməkçisi olmağını istədi. Badri ilə də müqaviləmiz cari mövsümün sonuna kimi nəzərdə tutulub. Kvaratsxeliya ilə yanaşı, Mehman Baxışov, Sənan Qurbanov və Vüqar Məmmədov yardımçı olacaq”.
Kvaratxseliya ölkəmizdə oynamış ən yaxşı legionerlərdən sayılır. Keçmiş hücumçu “Kəpəz” və “Şəmkir”də vurduğu qollarla indiyə kimi legionerlər arasında milli çempionatımızın bombardiri olaraq qalır. Futbolçu karyerasını Azərbaycanda bitirən Kvaratsxeliya 2008-09-cu illərdə “Standard”da əvvəl həmyerlisi Kaxaber Sxadadzenin köməkçisi, onun gedişindən sonra bir müddət baş məşqçi olub.
Qeyd edək ki, Məmmədovla Kvaratxseliya qısa müddət millimizdə komanda yoldaşı olublar.

0
0