“Fənərbaxça” da “Qəbələ” ilə bacarmadı
27.09.2012 - 13:49
“Fənərbaxça” da “Qəbələ” ilə bacarmadı
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin rəqibi Türkiyənin ən tanınmış klublarından sayılan “Fənərbaxça” olub.

Dərəağzı Təsislərində baş tutan matçda hesabı meydan sahibləri açsalar da, Coşqun Süleymanov “Qəbələ”ni məğlubiyyətdən xilas edib – 1:1.

Qeyd edək ki, “Qəbələ” ilk oyunda “Beşiktaş”la sülh bağlamışdı – 2:2. Növbəti görüş sentyabrın 28-də baş tutacaq. Komandamız bu dəfə “Qalatasaray”la üz-üzə gələcək.