Kurban Berdıyev: Səhvim onda idi ki...
27.09.2012 - 14:20
“Biz bu qarşılaşmaya ciddi önəm verirdik. Kimsə düşünməsin ki, ölkə çempionatında mükafatçılar sırasına düşmək uğrunda vuruşan və Avroliqada çətin oyunları olan “Rubin” kuboka ikinci dərəcəli kimi baxır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Rubin”in baş məşqçisi Kurban Berdıyev Rusiya kubokunun 1/16 final mərhələsində “Yenisey”ə məğlub olduqları matçdan sonra deyib.
Təcrübəli çalışdırıcı məğlubiyyətdə əsas oyunçularının olmamasını səbəb göstərib: “Səhvim onda idi ki, əsas heyətin bir neçə oyunçusuna istirahət imkanı verdim. Ümid edirdim ki, meydana çıxanlar peşəkar kimi borclarını yerinə yetirəcəklər və uğurlu nəticə qazanacaqlar. Amma alınmadı. Bu yalnız mənim səhvimdir. Qabaqda gələn çempionat matçlarında və avrokuboklarda yaxşı nəticə qazanmağa çalışacağıq”.
Jurnalistlərin “Məğlub olduğunuza görə, kimi cəzalandıracaqsnız” sualına Berdıyev belə cavab verib: “Yalnız və yalnız özümü”
Qeyd edək ki, “Rubin” – “Neftçi” oyunu oktyabrın 25-də keçiriləcək.

0
0