Yıxılan futbolçunu təpiklədi, 15 oyunluq cəzalandı - FOTO
27.09.2012 - 14:49
Kolumbiya yığmasının sabiq futbolçusu Xerardo Bedoya karyerasında 41-ci qırmızı vərəqəni alıb. Apasport.az saytının məlumatına görə, 17 illik karyerasında kobud futbolçu kimi tanınan “İndependyente”nin 36 yaşlı müdafiəçisi bu dəfə meydandan qovularkən insanlığa yaraşmayan hərəkət edib.
Belə ki, Xerardo növbəti turda “Milyonarios”la oyunda rəqibi vurduğuna görə cəzalanandan sonra hirsini meydanda uzanan zədəli futbolçudan çıxıb. O, meydanı tərk edərkən, zədələdiyi futbolçunun sifətinə zərbə endirib. Kolumbiya ali futbol qurumunun Nizam-İntizam Komitəsi Bedoyanı bu hərəkətinə görə 15 oyunluq cəzalandırıb.

0
0